Braziliya çempionatında ilk dəfə qolun qaydalar çərçivəsində vurulmadığı yarıavtomatik ofsayd müəyyənləşdirmə sistemindən istifadə ilə təsbit edilib.
Sportnet.az xəbər verir ki, hadisə A Seriyasının XX turunda keçirilən “Baiya” – “Korintians” matçında baş verib.
Görüşün 11-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleho Velis topu rəqib qapısından keçirib. Lakin hücumun başlanğıcında “Baiya”nın yarımmüdafiəçisi Erik Pulqa ofsayd mövqeyində olub.
Yarıavtomatik ofsayd sistemi xüsusi kameralar, topdakı çip və süni intellekt vasitəsilə futbolçunun ofsayd vəziyyətində olub-olmadığını müəyyənləşdirməkdə hakimlərə kömək edir.
Qeyd edək ki, oyun heç-heçə ilə yekunlaşıb - 1:1.











































































