İspaniyanın “Barselona” komandası futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.
2022-ci ildən "Barselona"da çıxış edən danimarkalı oyunçu indiyədək komandanın heyətində 98 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













































































