Azərbaycan Kamandan Oxatma Federasiyasının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Bakı şəhər kubokunun növbəti yarışlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə həm böyüklər, həm də U-15 kateqoriyası üzrə qaliblərin adları müəyyənləşib.
Böyüklər kateqoriyasında qadınlar arasında Yaylagül Ramazanova qızıl, Lalə Əbdürəhmanova gümüş, Fatimə Hüseynli isə bürünc medala layiq görülüb. Kişilərin yarışında isə Nurlan Rəhimli qızıl, Sərdar Vəliyev gümüş, Məhəmmədəli Əliyev isə bürünc medala sahib olublar.
Turnirin U15 kateqoriyası üzrə keçirilən II mərhələsində də qaliblər rəqabətli mübarizənin sonunda müəyyən olunub. Qızlar arasında Sona Rüstəmli turnirin qalibi adını qazanıb, Məryəm İbrahimli ikinci, Banu Məmmədova isə üçüncü yeri tutub. Oğlanların mübarizəsində isə Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Saleh Məmmədli isə bürünc medala sahib çıxıb.
Qalib gələn idmançılara mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının şöbə müdiri Kamran Həsənzadə və yığma komandanın baş məşqçisi Natiq Fazilov tərəfindən təqdim edilib.











































































