Formula-1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün səkkizinci mərhələsi olan Avstriya Qran-prisi başa çatıb.
Sportnet.az xəbər verir ki, Şpilberqdə yerləşən “Red Bull Ring” trasında keçirilən yarışın qalibi “Mercedes” komandasının pilotu Corc Rassell olub.
Britaniyalı sürücü bununla da cari mövsümdə ikinci qələbəsini qazanıb.
O, ilk qələbəsini çempionatın açılış mərhələsi olan Avstraliya Qran-prisində əldə etmişdi.
Yarışı ikinci pillədə dördqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen başa vurub.
Cari mövsümün ümumi sıralamasında lider olan “Mercedes” komandasının sürücüsü Andrea Kimi Antonelli isə ilk üçlüyü tamamlayıb.












































































