Birinci raund çətin idi.
Sportnet.az xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin ikinci əsas görüşündə Braziliyadan olan Mişel Pereyranı məğlub edən Rusiya təmsilçisi Şarabutdin Maqomedov deyib.
“Düşünürdüm ki, rəqibim birinci raundda məni məğlub edəcək. Dirsək zərbələrindən qaçırdım. Onun zərbələri məni şoka salsa da, ancaq qələbəni fikirləşirdim", - deyə idmançı qeyd edib.













































































