İngiltərənin “Nyukasl” klubu dörd futbolçu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Aaron Remsdeyl icarə müqaviləsinin başa çatmasından sonra məxsus olduğu “Sautgempton” klubuna qayıdacaq.
Bundan başqa, müdafiəçi Mett Targett, eləcə də qapıçılar Con Raddi və Maks Tompsonun müqavilələri başa çatdığı üçün onlar da komandadan ayrılıblar.
Targett ötən mövsümü icarə əsasında “Midlsboro”da keçirib. Tompson isə mövsüm ərzində Şotlandiyanın “Eyr Yunayted” klubunun formasını geyinib.
Xatırladaq ki, “Nyukasl” bundan əvvəl müdafiəçi Fabian Şerlə yeni müqavilə imzaladığını açıqlamışdı.


















































































