Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün ilk “Qarabağ” – “Neftçi” derbisinin keçiriləcəyi turun vaxtı bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından biri hesab olunan “Qarabağ” – “Neftçi” derbisi çempionatın VIII turunda baş tutacaq.






































































