Ardıcıl ikinci mövsüm FIBA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək Azərbaycanın "Sabah" basketbol klubunun qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, paytaxt təmsilçisi A qrupunda ilk matçını oktyabrın 6-da səfərdə Litvanın "Ritas" (Vilnüs) komandasına qarşı keçirəcək.
Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv oktyabrın 14-də Türkiyə "Trabzonspor"unu qəbul edəcək. Komanda oktyabrın 27-də isə Fransanın "Nanter" klubunu sınağa çəkəcək.
Noyabrın 10-da "Trabzonspor"la səfərdə üz-üzə gələcək Azərbaycan çempionu dekabrın 9-da Fransada "Nanter"in qonağı olacaq.
Qrup mərhələsində son oyun isə dekabrın 22-də Bakıda Litvanın "Ritas" komandasına qarşı keçiriləcək.













































































