Azərbaycanın sərbəst güləşçisi Məhəmməd Abbaszadə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə israilli Tomer Drojnyak ilə qarşılaşıb.
Görüş Məhəmmədin qələbəsi ilə başa çatıb.
__
Azərbaycanın sərbəst güləşçisi Camal Abbasov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançı finalda rusiyalı Usman İndirbayevlə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da Camal gümüş medal əldə edib.
Daha əvvəl Emin Cavadlı (55 kq), Ruzanna Məmmədova (62 kq) və Hacı Kərimov (70 kq) çempion olublar.
Cavidan Naxmetov (77 kq), Orxan Hacıyev (87 kq) və Günay Qurbanova (59 kq) gümüş medal qazanıblar.
Ayxan Cavadov (60 kq), Elmin Əliyev (82 kq), Məhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) bürünc medal əldə ediblər.












































































