Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi nüfuzlu yarışda tarixi nailiyyətə imza atıb.
Yığma 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.
Milli bu nəticə ilə 2 rekordu yeniləyib. Gənclərdən ibarət komanda medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.







































































