Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçirilir.
Sportnet.az xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunan yarışda dünyanın güclü boksçularının iştirakı ilə döyüşlər baş tutur.
Azərbaycan təmsilçilərindən Sərxan Əliyev (70 kiloqram) və Tayfur Əliyev (60 kiloqram) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Xurşidbek Rasuljonovla (Özbəkistan) qarşılaşıblar. S.Əliyev qələbə qazanıb, T.Əliyevin görüşü isə heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, bu gecə daha dörd görüş keçiriləcək.











































































