Yeni mövsümdə Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında təmsil edəcək “Turan” komandası oyunçusu Yuliya Kərimova ilə yeni müqavilə imzalayıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Azərbaycan millisinin liberosu daha bir il bölgə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Turan” ötən mövsüm Yüksək Liqanın qalibi olub.












































































