Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti Konfransı keçirilib.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tədbirdə federasiyaya üzv təşkilatların nümayəndələri iştirak edib və Konfransın keçirilməsi üçün tələb olunan yetərsay təmin olunub.
Konfrans çərçivəsində 2025-ci il üzrə fəaliyyət planının icrasına dair hesabat təqdim edilib, görülmüş işlər və əldə olunmuş nəticələr müzakirə olunub. Müzakirələrin yekununda 2025-ci il üzrə fəaliyyət planının icrasının nəticələri təsdiqlənib.
Bununla yanaşı, 2026-cı il üçün müəyyən edilmiş prioritet istiqamətlər və qarşıya qoyulan hədəflər barədə Konfrans iştirakçılarına ətraflı məlumat verilib.













































































