Misli Premyer Liqasının yeni mövsümünün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşmasının məkanı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, buna səbəb Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işləridir.
Bu səbəbdən qarşılaşma komandamın sabah əvvəl matçlarını keçirdiyi “SOCAR Polymer Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” görüşü Misli Premyer Liqasının ilk turu çərçivəsində keçiriləcək.




































































