Rusiyanın “Ximki” klubunun sabiq sərmayəçisi Tufan Sadıqov futbolla bağlı fəaliyyətə ömürlük qadağa qoyulması barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportnet.az xəbər verir ki, əslən azərbaycanlı iş adamının Rusiya Futbol İttifaqına (RFS) qarşı iddiası üzrə məhkəmə iclası oktyabrın 14-də keçiriləcək.
Qeyd edək ki, RFS-in Nəzarət-İntizam Komitəsi 2025-ci il noyabrın 7-də Tufan Sadıqova futbolla bağlı fəaliyyətlə ömürlük məşğul olmaq qadağası qoyub. Buna səbəb onun “Ximki”nin peşəkar statusunu itirməsinə gətirib çıxaran hərəkətləri olub.
“Ximki” 2025-ci il iyunun 18-də fəaliyyətini dayandırdığını açıqlayıb. Maliyyə problemləri səbəbindən klub 2025/2026 mövsümü üçün lisenziya ala bilməyib və Rusiya Premyer Liqasında iştirak hüququndan məhrum olub. Daha sonra Moskva vilayətinin Arbitraj Məhkəməsi klubu müflis elan edib.




































































