Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” Türkiyə I Liqasının 2026/27 mövsümünə qələbə ilə başlayıb.
Sportnet.az xəbər verir ki, “Bursaspor” səfərdə “Bodrum”u 2:0 hesabı ilə məğlub edib.
Görüş Bodrum İlçə stadionunda keçirilib.
Qələbə qollarını 27-ci dəqiqədə Keleçi İheanaço, 45-ci dəqiqədə isə Linkoln Enrike vurub.
Bayramov 46-cı dəqiqədə meydançaya daxil olub.
Qeyd edək ki, növbəti turda "Bursaspor" “Iğdır”ı qəbul edəcək.






































































