Ukrayna Premyer Liqasının II turunda “Dinamo Kiyev” səfərdə “Veres” üzərində 2:1 hesablı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri fəal müqavimət göstərib.
38-ci dəqiqədə Aleksandr Tımçik künc zərbəsindən sonra hesabı açıb.
“Veres” 53-cü dəqiqədə İqor Xaratinın başla vurduğu qolla hesabı bərabərləşdirib. Matçın sonlarında isə “Dinamo Kiyev” qələbə qolunu vurub. 90-cı dəqiqədə Malışın cərimə meydançasında yıxılmasına görə təyin olunan penaltini Matvey Ponomarenko dəqiq yerinə yetirib.
Beləliklə, ilk tur matçını təxirə saldıran paytaxt klubu çempionata qələbə ilə başlayıb.
Qeyd edək ki, “Dinamo Kiyev” avqustun 16-da “Qarabağ”la UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə qarşılaşacaq.






































































