UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında cavab oyunu başlayıb.
Sportnet.az xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab görüşü
Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisi "Vestri"ni üstələsə, növbəti raundda MOİK (Sofiya, Bolqarıstan) komandası ilə üz-üzə gələcək.











































































