2026-cı il dünya çempionatında bu gün daha 2 qrupda II turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan Türkiyə millisi Paraqvayla üz-üzə gələcək.
ABŞ-ın Santa Klara şəhərindəki "Livays" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da başlanacaq. Matçı salvadorlu referi İvan Barton idarə edəcək.
İlk turda Türkiyə Avstraliyaya 0:2, Paraqvay ABŞ-a 1:4 hesabı ilə uduzub.
Günün açılış oyunu da D qrupunda ABŞ və Avstraliya arasında olacaq.
C qrupunda isə Şotlandiya - Mərakeş və Braziliya - Haiti qarşılaşmaları oynanılacaq.
DÇ-2026
II tur
C qrupu
02:00. Şotlandiya - Mərakeş
Baş hakim: İlgiz Tantaşev (Özbəkistan)
Foksboro (ABŞ), "Cilett" stadionu
04:30. Braziliya - Haiti
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Filadelfiya (ABŞ), "Linkoln Faynenşel Fild" stadionu
Xal durumu: Şotlandiya - 3, Braziliya - 1, Mərakeş - 1, Haiti - 0
D qrupu
23:00. ABŞ - Avstraliya
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Sietl (ABŞ), "Lümen Fild" stadionu
07:00. Türkiyə - Paraqvay
Baş hakim: İvan Barton (Salvador)
Santa Klara (ABŞ), "Livays" stadionu
Xal durumu: ABŞ - 3, Avstraliya - 3, Türkiyə - 0, Paraqvay - 0.





















































































