İtaliya millisinin sabiq üzvü, dünya voleybolunun ulduzlarından sayılan İvan Zaytsev karyerasını Azərbaycanda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, təcrübəli oyunçu Azərbaycan Yüksək Liqasında çıxış edən “Ordu” ilə müqavilə imzalayıb.
İvan Zaytsev karyerası ərzində “Rio-2016” Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb. O, həmçinin Avropa çempionatlarının gümüş və bürünc medalçısı, FIVB Millətlər Liqasının mükafatçısı, dəfələrlə İtaliya çempionu və ölkə kubokunun sahibi olub. Təcrübəli voleybolçu CEV Çempionlar Liqasında da medal qazanıb.













































































