AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.
Qurumdan Sportnet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştiral ediblər.
















































































