"Zirə" futbol klubu yay transfer dövründə heyətini daha 4-5 legioner futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini vurğulayaraq, yaxın müddətdə komandaya daha 4-5 əcnəbi futbolçunun cəlb olunmasının nəzərdə tutulduğunu deyib.














































































