Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda qrup mərhələsində ikinci qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, yığma növbəti oyununda Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk hissəsini məğlub başa vuran yığma ikinci yarıda əzmkar geridönüş edərək 52:50 hesabı ilə qalib gəlib.
Oyunun ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason olub. O, qarşılaşmada 18 xal və 12 ribaundla yadda qalıb.
Bu nəticədən sonra milli aktivində 2 qələbə və 2 məğlubiyyət olmaqla qrupda üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, U-18 yığmamız qrup mərhələsində son oyununu iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.













































































