Qazaxıstanlı hücumçu Dastan Satpayev "Çelsi"nin heyətində ilk qolunu vurub.
Sportnet.az xəbər verir ki, 17 yaşlı futbolçu Avstraliyanın "Vestern Sidney Uonderers" komandasına qarşı keçirilən yoldaşlıq görüşünün 6-cı dəqiqəsində fərqlənib. Bu, Satpayevin London təmsilçisinin əsas heyətində ilk oyunu olub. �













































































