Qazaxıstanlı gənc futbolçu Dastan Satpayev bu gün İngiltərənin "Çelsi" klubunun heyətində debüt edəcək.
Sportnet.az xəbər verir ki, 17 yaşlı hücumçu Avstraliyanın "Vestern Sidney Uonderers" komandasına qarşı keçiriləcək yoldaşlıq görüşünə start heyətində başlayacaq.
Sidneydəki "Accor" stadionunda təşkil olunacaq qarşılaşma "Çelsi"nin Avstraliya və Asiya üzrə mövsümöncəsi turnesində ilk oyunu olacaq. London təmsilçisi daha sonra Sidneydə "Tottenhem"lə də üz-üzə gələcək.
Qeyd edək ki, "Çelsi" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 38 oyundan topladığı 52 xalla 10-cu pillədə başa vurub. "Vestern Sidney Uonderers" isə ötən mövsüm Avstraliya A Liqasının qrup mərhələsini sonuncu - 12-ci yerdə tamamlayıb.











































































