İngiltərənin “Brayton” klubu Xorvatiya millisinin gənc mərkəz müdafiəçisi Luka Vuşkoviçin transferini rəsmən açıqlayıb.
Sportnet.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, müqavilənin müddəti daha bir mövsüm uzadıla bilər.
Mətbuatda yayılan xəbərlərə əsasən, transferin dəyəri 54 milyon avro təşkil edib.
Qeyd edək ki, “Tottenhem” Luka Vuşkoviçi ötən ilin yayında Xorvatiyanın “Hayduk” klubundan 11 milyon avroya transfer etmişdi. Müdafiəçi 2025/2026 mövsümünü icarə əsasında Almaniyanın “Hamburq” komandasında keçirib. O, Bundesliqada 30 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













































































