Azərbaycan I Liqasında çıxış edən "Səbail" növbəti transferini reallaşdırıb.
Spornet.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq "Zirə"nin formasını geyinən Fuad Bayramovu heyətinə qatıb. Müdafiəçi ilə müqavilə imzalanıb. Tərəflər arasında bağlanan anlaşmanın müddəti açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov ötən mövsümün ikinci yarısını icarə əsasında "Mingəçevir" klubunda keçirib.







































































