Bu gün Bakı Kristal Zalında məktəblilərin respublika idman Olimpiadası start götürüb.
Sportnet.az xəbər verir ki, əvvəlcə idman növləri və yarışda təmsil olunacaq bölgələr təqdim olunub.
Daha sonra bədii hissə start götürüb.
Olimpiadaya 59 şəhər və rayonundan, eləcə də Naxçıvan Muxtar Respublikasından 2019 məktəbli idmançı, 424 məşqçi-müəllim qatılıb.
Onlar çoxsaylı idman növləri üzrə yarışlarda iştirak edəcəklər.
Onlar atletika, ağırlıqqaldırma, basketbol, badminton, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis, taekvondo, velosiped idmanı, gimnastika növlərində çıxış edəcəklər.
















































































