2026-cı il dünya çempionatında uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə millisi turnirin antirekordunu müəyyənləşdirib.
Sportnet.az-ın "Opta Sports"a istinadən məlumatına görə, "ay-ulduzlular" mundialdakı ilk iki oyununda ümumilikdə 62 zərbə endirməsinə rəğmən, rəqib qapılarına bir dəfə də yol tapa bilməyib.
Bu göstərici DÇ-2026-nın ən uğursuz hücum statistikası kimi tarixə düşüb.
Qardaş ölkə millisi D qrupunun ilk turunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci görüşdə isə Paraqvaya 0:1 hesabı ilə uduzub.
Beləliklə, "ay-ulduzlular" ilk iki turdan sonra xal qazana bilməyərək dünya çempionatı ilə erkən vidalaşıb və pley-off şanslarını vaxtından əvvəl itirib.
Qeyd edək ki, Türkiyə yığması qrup mərhələsində son oyununu ABŞ millisinə qarşı keçirəcək. Bununla belə, həmin görüş komandanın turnirdəki taleyinə təsir etməyəcək.











































































