FIFA prezidenti Canni İnfantino Mərakeşdə təcili toplantı keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Sportnet.az xəbər verir ki, təcili iclasın avqustun 5-də baş tutacağı gözlənilir. Müzakirələrin əsas mövzusu UEFA, CONCACAF və AFC üzvlərinin böyük əksəriyyətinin Infantinoya etimadsızlıq göstərməsindən sonra FIFA-nın atacağı növbəti addımlar olacaq.
Qeyd edək ki: Infantino Dünya Çempionatının ev sahibliyi hüquqlarını üçüncü tərəflərə satmaq ideyasından geri addım atsa da, UEFA, CONCACAF və AFC artıq onun əvəzinə yeni prezident namizədi axtarışına başlayıb.
Əgər İnfantino könüllü olaraq istefa verməzsə və ya yaxınlaşan seçkilərdə qalib gələrsə, adları çəkilən konfederasiyaların üzvləri FIFA-nın bayrağı altında keçirilən bütün turnirləri boykot edəcəklərini bəyan ediblər.















































































