Belçika millisinin və Madridin “Real” klubunun qapıçısı Tibo Kurtua yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.
Sportnet.az xəbər verir ki, İspaniyaya 1:2 hesabı ilə uduzaraq futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandıran Belçika seçməsinin 34 yaşlı qapıçısı yığmanın oyunlarından bir il uzaq qalmaq istədiyini bildirib.
T.Kurtua bildirib: “Belçika millisinin bütün oyunlarından bir il fasilə götürmək istəyirəm. Bundan sonra isə AVRO-2028-in seçmə mərhələsində və final turnirində yenidən komandaya kömək etmək niyyətindəyəm. Bununla bağlı millidə razılıq veriləcəyini bilmirəm”.










































































