İsveçrə milli komandasının yarımmüdafiəçisi Yohan Manzambi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Argentinaya qarşı keçiriləcək görüşü buraxacaq.
Sportnet.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Murat Yakin təsdiqləyib. O bildirib ki, futbolçu diz nahiyəsindəki zədəsini tam bərpa etmədiyi üçün hazırkı dünya çempionlarına qarşı matçda meydana çıxa bilməyəcək.
Reuters
Manzambi turnirin əvvəlində zədələnmiş və İsveçrənin 1/8 finalda Kolumbiyanı məğlub etdiyi qarşılaşmada da iştirak etməmişdi. 20 yaşlı futbolçu cari mundialda komandasının ən məhsuldar oyunçusudur. O, keçirdiyi dörd görüşdə üç qol vurub və iki məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Argentina – İsveçrə qarşılaşması Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.









































































