2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İspaniya millisi Belçikanı 2:1 hesabı ilə məğlub edərək turnirin yarımfinalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərindəki "SoFi Stadium"da keçirilən görüşdə hesabı 30-cu dəqiqədə Fabian Ruis açıb.
Belçika yığması 41-ci dəqiqədə Şarl De Ketelarenin qolu ilə tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə başa çatıb.
Matçın 71-ci dəqiqəsində Belçikanın əsas qapıçısı Tibo Kurtua zədə səbəbindən meydanı tərk edib. Onun əvəzinə meydana çıxan Senne Lammens oyunun sonlarında kobud səhvə yol verib. Bundan istifadə edən Mikel Merino 88-ci dəqiqədə fərqlənərək İspaniyaya qələbə qazandıran qolu vurub.
Beləliklə, İspaniya 2:1 hesablı qələbə ilə dünya çempionatının yarımfinalına yüksəlib. Finala gedən yolda rəqib Fransa olacaq.
Belçika isə mübarizəni 1/4 final mərhələsində başa vurub.












































































