Niderland millisi dünya çempionatları tarixinə aid maraqlı göstəriciyə imza atıb.
Sportnet.az xəbər verir ki, bu barədə “Stata Football” teleqram kanalı məlumat yayıb.
"Narıncılar” dünya çempionatlarının qrup mərhələsinin ilk turunda keçirdiyi heç bir oyunda məğlub olmayıblar. Niderland yığması bu göstəricidə 10 matçda 7 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.
Komanda son olaraq iyunun 14-də DÇ-2026-nın 1-ci turunda Yaponiya millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.



















































































