UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Gürcüstanın "Torpedo Kutaisi" klubu ölkə Superkubokunun yarımfinal görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, onlar həlledici mərhələyə vəsiqə
uğrunda keçirilən oyunda "Dila" (Qori) komandası ilə qarşılaşıb.
Görüş Kutaisi təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Torpedo" Superkubokun finalına yüksəlib. Komanda həlledici görüşdə "İberiya 1999" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə" ilə "Torpedo" arasında ilk oyun iyulun 8-də Sumqayıtda keçiriləcək. Cavab qarşılaşması isə iyulun 16-da Kutaisidə baş tutacaq.











































































