Belarusun BATE komandasının Albaniya "Elbasani"si ilə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçirəcəyi ev oyununa Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çıxacaq.
Sportnet.az xəbər verir ki, iyulun 16-da keçiriləcək oyun saat 21:00-da başlanacaq.
Bu, iki komanda arasında cavab görüşü olacaq.
İlk matç isə iyulun 7-də Elbasani şəhərindəki eyniadlı arenada gerçəkləşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.







































































