Futbol üzrə dünya çempionatında Argentina Avstriyaya qalib gəlib.
Sportnet.az xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.
Qolları Lionel Messi vurub. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.
Ardıcıl ikinci qələbəsini qazanan Argentina millisi dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
J qrupu
Argentina - Avstriya - 2:0
Qollar: Lionel Messi, 38, 90+5
Baş hakim: Amin Omar (Misir)
Dallas (ABŞ), AT&T stadionu







































































