"Zirə"nin Gürcüstanın "Torpedo Kutaisi" komandası ilə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, görüş iyulun 9-da yox, bir gün tez təşkil olunacaq.
8 iyulda Sumqayıt şəhər stadionunda ("SOCAR Polymer Arena") gerçəkləşəcək matç saat 20:00-da start götürəcək.
UEFA bu dəyişikliyi "Qarabağ"ın İslandiya "Vestri"si ilə Avropa Liqasının I təsnifat mərhələsindəki ilk görüşünün iyulun 9-na təsadüf etməsi səbəbindən atıb.
Matçın 7 iyula salınması isə həmin gün "Sabah"ın Uels TNS-inə qarşı UEFA Çempionlar Liqasının ilk matçına çıxacağı səbəbindən mümkün olmayıb.
Cavab qarşılaşması iyulun 16-da Kutaisi şəhərindəki "Ramaz Şengeliya" stadionunda gerçəkləşəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.






































































