Almaniyanın "Bavariya" klubu sabiq müdafiəçisi Danteni U-23 komandasına baş məşqçi təyin edib.
Sportnet.az xarici mediaya istinadən xəbər verir ki, bu, karyerasını 42 yaşında başa vuran braziliyalı futbolçunun ilk məşqçilik işidir.
Təcrübəli müdafiəçi 2025/2026 mövsümündə Fransanın "Nitsa" klubunun heyətində keçirdiyi 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
2012–2015-ci illərdə formasını geyindiyi "Bavariya"nın heyətində 3 qat Almaniya çempionu, 2 qat ölkə kubokunun sahibi, həmçinin UEFA Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.
Qeyd edək ki, Dante karyerası ərzində Braziliyanın "Yuventude", Fransanın "Nitsa", "Lill", "Şarlerua", Belçikanın "Standard", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Volfsburq" klublarında da oynayıb.

















































































