Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.
Bu barədə Sportnet.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Zaqatala Olimpiya-İdman Kompleksində təşkil olunacaq yarışın baş hakimi Azər İbrahimov olacaq. Respublika Şahmat Olimpiadası avqustun 3-11-i aralığında baş tutacaq.














































































