Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti matçına çıxıb.
Spornet.az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Bakıda təşkil olunan üçüncü tur çərçivəsində Macarıstan yığması ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada rəqib qələbə qazanıb - 3:1.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək. İyunun 20-də isə Portuqaliya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.





















































































