Azərbaycan cüdoçusu Nizami İmranov Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 66 kq çəki dərəcəsində rəqib monqolustanlı Yolk Kazırbyek olub.
Qarşılaşmadan qalib ayrılan İmranov bürünc medal qazanıb.
----------------------
Azərbaycan cüdoçusu Balabəy Ağayev Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib yaponiyalı dünya çempionu Ryuju Naqayama olub.
Qarşılaşmadan qalib ayrılan Ağayev qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. Balabəy Ağayevlə eyni çəkidə yer alan Əhməd Yusifov bürünc medal qarşılaşmasında israilli İshak Aşpisə uduzaraq, 5-ci yeri tutub.





















































































