Azərbaycan millisi Macarıstan yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşündə itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, oyunun əvvəllərində Xəyal Əliyev əzələsini dartıb.
Nəticədə "Sabah"ın hücumçusu görüşü davam etdirə bilməyib. Meydançanı xərəkdə tərk edən Əliyevi 9-cu dəqiqədə Nəriman Axundzadə əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.



















































































