Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub.
Sportnet.az xəbər verir ki, Fransa Futbol Federasiyası 54 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalandığını açıqlayıb.
Fransa millisi 2026-cı il dünya çempionatında Didye Deşamın rəhbərliyi altında çıxışını başa vurub. Deşam mundialdan sonra vəzifəsindən ayrılacağını daha əvvəl açıqlamışdı. Fransa yığması üçüncü yer uğrunda oyunda İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
Zidan 2021-ci ildən baş məşqçi kimi çalışmırdı. O, daha əvvəl iki dəfə İspaniya “Real Madrid”inə rəhbərlik edib. Fransalı mütəxəssis 2016 - 2018 və 2019 - 2021-ci illərdə Madrid klubunun baş məşqçisi olub.
Zidanın rəhbərliyi altında “Real Madrid” 11 titul qazanıb. Bunların arasında UEFA Çempionlar Liqasının üç kuboku da yer alır.












































































