Ukraynanın “Şaxtyor”unun UEFA Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arda Turan açıqlama verib.
Onun sözlərinə görə, komanda rəqiblərini, böyük ehtimalla, İngiltərənin paytaxtı Londonda qəbul edəcək.
Turan komandanın ev matçlarını Türkiyədə keçirmək istədiyini, lakin UEFA-nın tələblərinin buna imkan vermədiyini bildirib: “Görünür, Londonda oynayacağıq. Türkiyəyə gəlmək istəyirdik, lakin UEFA-nın tələbləri böyük çətinliklər yaradır. Əks halda, Türkiyə azarkeşləri qarşısında – Göztəpə, Bursa və ya Əskişəhərdə oynamaq möhtəşəm olardı. Amma nə etmək olar? Biz azarkeşlərimizi Londonda gözləyirik. Ukraynalıları, türkləri – hamını”.
Qeyd edək ki, Ukrayna çempionu olan “Şaxtyor” avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasının əsas mərhələsindən başlayacaq.













































































