Naməlum şəxslər İspaniya millisinin və “Barselona” klubunun futbolçusu Lamin Yamalın evindən oğurluğa cəhd ediblər.
Sportnet.az “El Espanol” nəşrinə istinadən xəbər verir ki, hadisə dünya çempionatının Fransa ilə yarımfinal oyunundan (2:0) bir neçə saat sonra baş verib.
İddiaya görə, iki maskalı şəxs futbolçunun Barselonadakı evinə daxil olmağa çalışıb. Lakin təhlükəsizlik əməkdaşları onları müşahidə kameraları vasitəsilə aşkarlayıblar və hadisə yerinə polis çağırılıb.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında İngiltərə - Argentina görüşünün qalibi ilə qarşılaşacaq.














































































