2026-cı il dünya çempionatının L qrupunda II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Kanadanın Toronto şəhərində yerləşən "BMO Field" stadionunda Panama və Xorvatiya yığmaları üz-üzə gəliblər.
Qabonlu baş hakim Pyer Açonun idarə etdiyi qarşılaşma Xorvatiya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 54-cü dəqiqədə hücumçu Ante Budimir vurub.
Beləliklə, Xorvatiya DÇ-2026-da ilk xal və ilk qələbəsini əldə edib. Balkan təmsilçisi ilk turda İngiltərəyə 2:4 hesabı ilə uduzmuşdu.
Panama isə ardıcıl ikinci məğlubiyyətlə üzləşərək, qrupda qalıb. Mərkəzi Amerika təmsilçisi ilk oyunda Qanaya 0:1 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Mundial iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Dünya çempionatının son qalibi Argentina millisidir.









































































