İspaniyanın “Barselona” komandasının qapıçısı Mark-Andre ter Ştegen Niderlandın “Ayaks” klubuna keçib.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 34 yaşlı almaniyalı qolkiper icarə əsasında Amsterdam təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Mark-Andre ter Ştegenin "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.







































































