"Oyunun olduqca çətin keçəcəyini əvvəlcədən bilirdik".
Sportnet.az xəbər verir ki, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının seçmə mərhələsində səfərdə Lüksemburqu məğlub etdikləri oyun barədə danışarkən deyib.
"Lüksemburq səfəri bizim üçün qrupda çox vacib bir sınaq idi. Basketbolçularımız meydanda sona qədər döyüşdülər, əla mübarizə apardılar və nəticədə bu çox çətin qələbəni qazandıq. Bütün komandanı təbrik edirəm. Lakin arxayınlaşmağa vaxtımız yoxdur. Düşünürəm ki, artıq indidən bütün diqqətimizi İrlandiya seçməsi ilə baş tutacaq qrupun sonuncu oyununa yönəltməliyik. Doğma azarkeşlər önündə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq", - deyə mütəxəssis qeyd edib.









































































