Sergey Yuran Rusiyanın "OİK-Xabarovsk" klubunun baş məşqçi postundan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mütəxəssis ailə vəziyyəti ilə əlaqədar olaraq klubun baş məşqçisi vəzifəsinin icrasına başlaya bilməyəcək. Bununla bağlı S.Yuran vəzifəsindən azad edilməsi xahişi ilə klub rəhbərliyinə müraciət edib. Qeyd edək ki, onun bu posta təyinatı cari il mayın 25-də elan olunmuşdu. Xabarovsk komandasının yeni baş məşqçisi Mixail Semyonov olub.
56 yaşlı S.Yuran 2025-ci il iyulun 1-dən oktyabrın 29-dək Türkiyənin "Serik Belediyespor" klubuna rəhbərlik edib. O, əvvəllər Moskvanın "Spartak" klubunun məşqçilər heyətində yer alıb, Rusiyanın "Almaz", "Dinamo" (Stavropol), "Şinnik", "Sibir", "Baltika", "Zorki", "Ximki", "Pari Nijni Novqorod", Latviyanın "Ditton", Estoniyanın "TFMK", Qazaxıstanın "Lokomotiv", Ermənistanın "Mika" və Azərbaycanın "Simurq" komandalarının baş məşqçisi olub.














































































